Gündəm / Siyasət / Cəmiyyət
Azərbaycan Ermənistanın AES-in fəaliyyətinin təcili dayandırılmasını TƏLƏB EDİR
Bakı Ermənistan Atom Elektrik Stansiyasının fəaliyyətinin dayandırılmasını tələb edir.
Globalpress.az xəbər verir ki, bu müraciətlə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva beynəlxalq hüquq müdafiə təşkilatlarına müraciət edib.
Bakı Ermənistan Atom Elektrik Stansiyasının fəaliyyətinin dayandırılmasını tələb edir.
“Yeni fəlakətin qarşısını almaq üçün Metsamor AES-in fəaliyyəti təcili dayandırılmalı, onun radioaktiv tullantıları ciddi beynəlxalq nəzarətə götürülməlidir”, – müraciətdə deyilir.
Ermənistanda Metsamor atom elektrik stansiyası 1977-ci ildən fəaliyyət göstərir və ölkədəki bütün elektrik enerjisinin 45%-ni təmin edir.
Bundan əvvəl Aİ Ermənistanı AES-in modernləşdirilməsi mümkün olmadığı üçün onu bağlamağa çağırıb. Lakin sonradan MAQATE rəhbəri təhlükəsizliklə bağlı vəziyyətin yaxşılaşdığını bəyan edib.
Daha çox xəbər:

Laçında Su Elektrik Stansiyasının açılışı oldu - VİDEO

Pərviz Şahbazov Ermənistanın təxribatları ilə bağlı beynəlxalq enerji təşkilatlarına müraciət edib

Ombudsman: "Ermənistanın müharibə cinayətləri ilə bağlı beynəlxalq qurumlara müraciətlərimiz davam edir"

Gürcüstanın Azərbaycandan elektrik enerjisi idxalı artıb

Dövlət başçısı: “Ermənistan tərəfi Zəngəzur dəhlizi ifadəsinə çox böyük qısqanclıqla yanaşır”