Gündəm / Siyasət / Dünya
21:10, 20 Ocak 2023
0

Ərdoğan hədələdi: Səhv addım atsanız…

Ərdoğan hədələdi: Səhv addım atsanız…


Ankaranın Afinanı “Tayfun” ballistik raketi ilə vurmaq niyyəti yoxdur.

Globalpress.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Bu gün onlar Türkiyənin "Tayfun" raketlərinin Afinaya tuşlanması ehtimalını müzakirə edirlər. Bizim belə bir hədəfimiz yoxdur. Yunanıstan həqiqətən Türkiyənin beynəlxalq müqavilələrə əsasən demilitarizasiya zonaları olan adalarda silah yerləşdirilməsinə məhəl qoymayacağına inanırmı? Bilin! Əgər ölkəmizə qarşı səhv addım atsanız, o zaman reaksiya özünü çox gözlətməyəcək. Çılğın türklər hərəkətə keçəcək”, - Ərdoğan bildirib.
Digər xəbərlər: