Gündəm / Siyasət / Cəmiyyət
Kanadalı jurnalist: “Xankəndi-Laçın yolunda “blokada” yoxdur”
"Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasının iştirakçılarını ətraf mühitin mühafizəsi ideyası birləşdirir".
xəbər verir ki, bunu Xankəndi-Laçın yolunda azərbaycanlı ekofəalların aksiyasını izləyən kanadalı jurnalist Deyv Qordon deyib.
"Aksiya iştirakçılarının ətraf mühitin mühafizəsi ideyasına sadiqliyinin şahidi oldum. Vətənini, təbiətini sevən bu fədakar insanlar gələcək naminə ən yaxşısını arzulayırlar", - o bildirib.
Aksiya keçirilən əraziyə baş çəkən kanadalı jurnalist Xankəndi-Laçın yolunda avtomobillər üçün hər hansı blokadanı müşahidə etmədiyini söyləyib.
"Mən heç bir problem görmədim, heç kim heç nəyə mane olmurdu. İnsanların hansı blokadadan danışdığını başa düşə bilmirəm, çünki mən orada bunun şahidi olmadım ", - D.Qordon xüsusi vurğulayıb.
Daha çox xəbər:

Xankəndi-Laçın yolundakı aksiyanın 22-ci günü

“TRT World” Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasından reportaj hazırlayıb

Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası doqquzuncu günündədir

Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası axşam saatlarında da davam edir

Xankəndi-Laçın yolundakı aksiya davam edir