Gündəm / Hadisə / Dünya
Ukraynada helikopter qəzasında 14 nəfər ölüb, 25-i yaralanıb - RƏSMİ - YENİLƏNİB-3
Kiyev vilayətinin Brovarı şəhərində helikopter qəzasının baş verdiyi ərazidə xilasetmə işləri başa çatıb və rəsmi məlumata görə 14 meyit tapılıb.
Globalpress.az xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, ölənlərdən biri uşaqdır.
Bundan başqa, Dövlət Xidməti məlumat verib ki, qəza nəticəsində 11 uşaq daxil olmaqla 25 nəfər yaralanıb.
Xatırladaq ki, Kiyev vilayətinin Brovarı şəhərində helikopterin qəzaya uğraması nəticəsində uşaq bağçasının yaxınlığında partlayış, daha sonra isə güclü yanğın baş verib.
Qeyd edək ki, həlak olanlar arasında Ukraynanın daxili işlər naziri Denis Monastırski, daxili işlər nazirinin birinci müavini Yevgeni Yenin və Daxili İşlər Nazirliyinin dövlət katibi Yuri Lubkoviç də var.
Daha çox xəbər:

Ukraynanın daxili işlər naziri və onun müavini helikopter qəzasında həlak olub.

Daha bir FACİƏ: Zavod partladı – Ölənlər var

Partlayış baş verən ərazidə axtarış-xilasetmə işləri davam etdirilir

Kiyevə raket zərbələri zamanı 4 nəfər ölüb, 21 nəfər yaralanıb

Moskvada təyyarə tamamilə yandı, 41 ÖLÜ - VİDEO - FOTO