Gündəm / İqtisadiyyat / Dünya
21:31, 16 Ocak 2023
0

Ərdoğan və Putin bu məsələləri müzakirə etdi

Ərdoğan və Putin bu məsələləri müzakirə etdi



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışıb.

Globalpress.az xəbər verir ki, bununla bağlı Kreml məlumat yayıb.

Prezidentlər Rusiyadan qaz tədarükü və Türkiyədə regional qaz bazasının yaradılması məsələlərini müzakirə ediblər.

Həmçinin, görüş zamanı Türkiyə-Suriya münasibətlərinin normallaşması prosesi ilə bağlı da fikir mübadiləsi aparılıb.

Bundan əlavə, Putin ilk dəfə Milad atəşkəsi haqqında danışıb. O, bunu “Kiyevin ikiüzlü siyasətinin nümunəsi” kimi qiymətləndirib
Digər xəbərlər: