Gündəm / Siyasət / Dünya
Paşinyan: "Ermənistan BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı qətnamələrinə daha praqmatik yanaşmalı idi"
Ermənistan BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə Qarabağla bağlı qəbul etdiyi qətnamələrə daha praqmatik yanaşmalı idi.
Globalpress.az xəbər verir ki, Trend-in Ermənistan KİV-nə istinadən verdiyi məlumata görə, bunu çərşənbə axşamı Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında deyib.
“Dünən və bu gün beynəlxalq ictimaiyyət Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır və biz BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin sadəcə kağız üzərində yazılmış mətnlər olduğunu düşünəndə, bəlkə də biz praqmatik olmamışıq”, - o qeyd edib.
Eyni zamanda, Ermənistanın baş naziri bir daha vurğulayıb ki, Rusiya BMT Təhlükəsizlik Şurasında öz sülhməramlılarına beynəlxalq mandat verilməsi və ya beynəlxalq sülhməramlı missiyanın regiona göndərilməsi ilə bağlı müzakirələrə başlamalıdır.
Daha çox xəbər:

Paşinyan Rusiyadan Qarabağa çoxmillətli sülhməramlılar göndərilməsini istəyir

BMT yenidən Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edəcək

Azərbaycan Prezidenti ATƏT-in Minsk Qrupunu tənqid etdi

İlham Əliyev: Bu gün bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır

Ceyhun Bayramovun məktubu BMT Təhlükəsizlik Şurasının sənədləri siyahısında