Gündəm / Siyasət / Cəmiyyət
Prezident: “Müharibə bitsə də, mübarizə hələ davam edir və əminəm ki, biz qalib gələcəyik”
“Bu gün sirr deyil ki, Azərbaycan dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır. Azərbaycan o ölkələrdəndir ki, öz sözünü açıq deyir, müstəqil siyasət aparır. Əlbəttə ki, bunun təməlində həm hərbi gücümüz, həm də şanlı Qələbəmiz dayanır”.
Globalpress.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib.
Dövlətimizin başçısı deyib: “Çünki mən bunun canlı şahidiyəm ki, müharibədən sonra onsuz da Azərbaycan siyasətinə olan müsbət münasibət daha da artdı, yəni, bizə olan rəğbət daha da artdı. Çünki dünyanın siyasi elitası yaxşı başa düşür ki, biz bu Qələbəni nəyin bahasına əldə etdik, hansı risklərə getdik, hansı qüvvələrlə mübarizə aparırdıq və bu gün də aparırıq. Yəni, müharibə bitsə də, mübarizə hələ davam edir və əminəm ki, biz qalib gələcəyik. Çünki biz haqq yolundayıq və bizim həm hərbi, həm siyasi gücümüz, o cümlədən iqtisadi müstəqilliyimiz gücümüzü əlbəttə ki, artırır”.
Daha çox xəbər:

İlham Əliyev: “İkinci Qarabağ müharibəsinin nəticələri dünya tərəfindən qəbul edilib”

Prezident: “Biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi qürurla yaşayacağıq”

Prezident: “Laçın dəhlizi bizim nəzarətimizdədir, biz orada istənilən maşını saxlaya bilərik”

İlham Əliyev: “Sədrliyimiz dövründə Türk dünyasını, Türk Şurasını gücləndirmək üçün əlimizdən gələni etdik”

Azərbaycan Prezidenti: “Xüsusi təyinatlı yeni qüvvələrin yaradılması vəziyyətin diktə etdiyi zərurətdir”