Gündəm / Siyasət / Dünya
REGİONƏrdoğan bu gün Putinin təklifini müzakirə edəcək
RƏrdoğan bu gün Putinin təklifini müzakirə edəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 9-da hökumətin iclasında Rusiya Prezidenti Vladimir Putinin təklif etdiyi qaz qovşağı layihəsini, eləcə də Ankaranın Ukrayna münaqişəsinin həlli üçün diplomatik səylərini müzakirə edəcək.
Globalpress.az xəbər verir ki, yanvarın 9-da Türkiyə liderinin Beştəpədəki iqamətgahında Nazirlər Kabinetinin bu il ilk iclası keçiriləcək.
İclasın əsas müzakirə mövzusu Türkiyənin sosial siyasəti, o cümlədən inflyasiya ilə mübarizə addımları olacaq.
Bundan başqa, iclasda ölkənin xarici siyasəti, enerji təhlükəsizliyi istiqamətinə atılan addımlar və digər məsələlər müzakirə olunacaq.
Toplantıda eləcə də terrorla mübarizə məsələləri, xarici siyasətdə baş verənlər, xüsusilə Ankaranın Ukraynadakı vəziyyətin nizamlanması üçün diplomatik səyləri müzakirə olunacaq.