Gündəm / Siyasət / Dünya
18:47, 05 Ocak 2023
0

Ərdoğan Zelenskiyə Ukrayna ilə Rusiya arasında vasitəçilik etməyə hazır olduğunu bildirib

Ərdoğan Zelenskiyə Ukrayna ilə Rusiya arasında vasitəçilik etməyə hazır olduğunu bildirib


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonla danışığı zamanı Rusiya ilə davamlı sülhün bərqərar olması üçün vasitəçilik missiyasını öz üzərinə götürməyə hazır olduğunu bildirib.

Globalpress.az- ın məlumatıa görə, bu barədə Türkiyə Prezident Adminstrasiyası məlumat yayıb.

Söhbət zamanı Türkiyənin Ukraynaya humanitar yardımı və enerji dəstəyi, taxıl dəhlizindəki vəziyyət müzakirə edilib.

Əsir mübadiləsi ilə bağlı işlərin davam etdiyini bildirən Türkiyə lideri Zaporojye Atom Elektrik Stansiyası ətrafında vəziyyəti sabitləşdirmək üçün diplomatik dəstəyini ifadə edib.
Digər xəbərlər: