Gündəm / Siyasət / Cəmiyyət
Sülhməramlılara aid daha 5 təminat maşını Laçın yolundan keçib -
Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında keçirilən etiraz aksiyası 23-cü gündür ki, davam edir.
Globalpress.az xəbər verir ki, Şuşa-Xankəndi yolundan növbəti dəfə sülhməramlılara aid 5 təminat avtomobili Xankəndidən Laçın istiqamətinə maneəsiz keçib.
Qeyd edək ki, bundan öncə də gün ərzində sülhməramlılara aid bir neçə təminat maşının keçidinə şərait yaradılıb
Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 23 gündür davam edir. Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
Daha çox xəbər:

Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobillərinin hərəkətinə növbəti dəfə şərait yaradılıb - FOTO

Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası doqquzuncu günündədir

Xankəndi-Laçın yolundakı aksiya davam edir

Xankəndi-Laçın yolundakı etiraz aksiyası 18 gündür davam edir

Xankəndi-Laçın yolundakı Rusiya sülhməramlılarının mövqeyində müəyyən dəyişikliklər görünməkdədir