Gündəm / Siyasət / Cəmiyyət
Prezident səlahiyyətli nümayəndəyə: Naxçıvanda korrupsiya…
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin olunmuş Fuad Nəcəfliyə korrupsiya ilə mübarizə və düzgün kadr siyasətinin həyata keçirilməsi ilə bağlı tapşırıq verib.
Globalpress.az - ın məlumatına görə, dövlət başçısı tapşırıq verib ki, səlahiyyətli nümayəndə kimi Fuad Nəcəfli insanların qayğısına qalınması, korrupsiya, rüşvətxorluqla mübarizə, şəffaflıq, düzgün kadr siyasətinin həyata keçirilməsi, mərkəzi icra orqanları ilə sıx təmasda fəaliyyətlə bağlı bütün səylərini göstərsin.
Qeyd edək ki, dekabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin olunmuş Fuad Nəcəflini qəbul edib.
Daha çox xəbər:

Zəngəzur dəhlizi ilə bağlı Naxçıvandakı qurumlara TAPŞIRIQ

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvanda təqdim edildi

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov Azərbaycan Respublikası Şahmat Federasiyasının vitse-prezidenti vəzifəsinə təyin edilib.

İlham Əliyev Tacikistana yeni səfir təyin etdi

İlham Əliyev üç ölkəyə səfir təyin etdi - SƏRƏNCAM