Gündəm / Cəmiyyət / Sosial
Sosial təhsil tələbə kreditindən istifadə etmək hüququ olan şəxslərin siyahısı genişləndirildi
Nazirlər Kabinetinin 24 iyul 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”nda dəyişiklik edib.
Globalpress.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, ailə başçısını itirməyə görə əmək pensiyası alanlara, eləcə də ölkənin ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edərək “Müharibə veteranı” adı almış şəxslərə sosial təhsil tələbə kreditindən istifadə etmək hüququ verilib.
Daha çox xəbər:

Bu şəxslərə güzəştli ipoteka krediti veriləcək - Prezidentdən FƏRMAN

Tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərə görə bəzi şəxslərə güzəştlər edilib

Azərbaycanda onkoloji və skleroz xəstələri pensiya ala biləcək - QANUN

Vətən müharibəsində iştirak edən tələbələrin nəzərinə

Təhsil krediti üçün müraciət edən tələbələrin sayı açıqlandı