Gündəm / Cəmiyyət / Sosial
Vaxtilə Əziz Əliyevin iş otağında idi, Azərbaycan Prezidentinə təqdim edildi - FOTO
Görkəmli dövlət xadimi və ictimai xadim Əziz Əliyevin vaxtilə iş otağında olan heykəltaraşlıq əsəri Prezident İlham Əliyevə təqdim olunub.
Əsər Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov dekabrın 6-da Prezident İlham Əliyevin qəbulunda olan zaman təqdim edilib.
Qeyd edək ki, Əziz Əliyev 1942-1948-ci illərdə Dağıstana rəhbərliyi dövründə digər Qafqaz xalqları kimi, Dağıstan xalqına qarşı da nəzərdə tutulmuş sürgünün qarşısını almışdı. Buna görə Dağıstan ağsaqqalları adından ona tərkində uşaq olan atlının əks olunduğu heykəltaraşlıq əsəri hədiyyə edilib.
Bu əsər bundan sonra Prezident İlham Əliyevin iş otağında olacaq.
Daha çox xəbər:

Prezident Maqomed Səidoviç Qurbanova “Şöhrət” ordenini təqdim etdi

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Prezident İlham Əliyev Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə paylaşım edib - FOTO

Türkiyə mediası Prezident İlham Əliyevin Qarabağa növbəti səfərini geniş işıqlandırıb

İlham Əliyev Belqraddakı Taşmaydan parkında Ümummilli Lider Heydər Əliyevin və Milorad Paviçin abidələrini ziyarət edib