Gündəm / Siyasət / Cəmiyyət
Azərbaycan dövlət qurumlarının əməkdaşları Xankəndiyə daxil olub

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və “AzerGold” QSC-nin mütəxəssisləri Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə Xankəndiyə daxil olublar.
Globalpress.az ın məlumatına görə “Report” “Caliber”ə istinadən xəbər verir ki, bu, danışıqlar nəticəsində mümkün olub.
Dövlət qurumlarının əməkdaşları Rusiya sülhməramlılarının qərargahında sülhməramlıların müvəqqəti yerləşdirildiyi ərazilərdə ekoloji monitorinqin aparılmasını müzakirə edəcək.
Vurğulamaq lazımdır ki, Qarabağda Azərbaycanın digər ərazilərində olduğu kimi istənilən dövlət qurumu istənilən vaxt monitorinqlər keçirə bilər. Bu, sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərə, o cümlədən Xankəndiyə də aiddir
Daha çox xəbər:

Laçın dəhlizi ilə bağlı MÜHÜM XƏBƏR

Erməni terrorçularının 1 hərbi hissəsi və azı 1 postu MƏHV EDİLDİ

Prezident: “Sülhməramlılarını yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri təxribat törədib

Azərbaycan Ordusu “Qisas” əməliyyatı keçirib - RƏSMİ AÇIQLAMA - VİDEO

Müdafiə Nazirliyi brifinq keçirdi - YENİLƏNİB / VİDEO