Gündəm / Cəmiyyət / Sosial
Media nümayəndələri üçün təlimlər davam edir
İqtisadiyyat Nazirliyi iqtisadi sahədə fəaliyyət göstərən media nümayəndələrinin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə Medianın İnkişafı Agentliyi ilə birgə təlimlərin keçirilməsini davam etdirir.
Globalpress.az xəbər verir ki, bu barədə MEDİA-dan məlumat verilib.
Qeyd olunub ki, növbəti belə təlim nazirliyin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən “Dördüncü Sənaye İnqilabı və Rəqəmsal İqtisadiyyat” mövzusunda keçirilib.
Təlimçilər – 4SİM-in Rəqəmsal iqtisadiyyat şöbəsinin rəisi Cavid Abdullayev və Layihələrin idarəolunması şöbəsinin əməkdaşları Kənan İbrahimov və Ruslan Zeynalzadə 4SİM-in fəaliyyəti, rəqəmsallaşma və rəqəmsal iqtisadiyyat, rəqəmsal iqtisadiyyatda insan kapitalı barədə təqdimatla çıxış ediblər.
Tədbirdə mövzularla bağlı müzakirələr aparılıb, media nümayəndələrinin sualları cavablandırılıb.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub. Media nümayəndələrinə sertifikatları İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Tamerlan Tağıyev və Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli təqdim ediblər.
Daha çox xəbər:

İqtisadiyyat Nazirliyi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə təlim keçirildi

İqtisadiyyat Nazirliyi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə təlim keçirildi

Bu qurumlar ƏDV-dən azad olundu

Jurnalistlər üçün “Eduaz.com” platforması üzərindən onlayn təlimlər təşkil ediləcək

“Metrix.az” layihəsinin təqdimat mərasimi keçirildi