Gündəm / Cəmiyyət / Hadisə
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Noyabrın 28-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bundan başqa, noyabrın 28-i saat 16:00-dan noyabrın 29-u saat 09:00-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Füzuli, Tərtər, Xocavənd, Şuşa və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri də müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutulub.
Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
Daha çox xəbər:

Qanunsuz erməni silahlıları Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Ermənistan atəşkəsi pozub, Azərbaycan Ordusu cavab tədbirləri görüb

Ermənilər Goranboy, Tərtər, Ağdam və Xocalını ATƏŞƏ TUTDU

Azərbaycan Ordusunun Laçın və Kəlbəcərdəki mövqeləri atəşə tutulub