Gündəm / Siyasət / Cəmiyyət
Prezident Azərbaycanın Fələstində Təmsilçilik Ofisinin fəaliyyətinin təmin edilməsi barədə sərəncam imzalayıb
Prezident İlham Əliyev Azərbaycanın Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb.
Globalpress.az xəbər verir ki, sərəncamla Nazirlər Kabinetinə müvafiq məsələ ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll edilməsi tapşırılıb.
Eyni zamanda Xarici İşlər Nazirliyi Təmsilçilik Ofisinin strukturunu və ştat cədvəlini təsdiq etməlidir.
Dövlət başçısı eyni zamanda, "Azərbaycan Respublikasının Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin təsis edilməsi haqqında" qanunu imzalayıb
Daha çox xəbər:

Prezident İlham Əliyev Azərbaycanın İsraildə səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb

Milli Məclis Azərbaycanın İsrail, Albaniya və Keniyada səfirlik açmasına razılıq verib

Baş nazir Yair Lapid Azərbaycanın İsraildə səfirlik açmaq qərarını alqışlayıb

Prezident sərəncam imzaladı

Baş nazirdən sərəncam – Hakimiyyət orqanlarına tapşırıq verildi