Gündəm / Siyasət / Cəmiyyət
Əli Əsədov iclas keçirdi, tapşırıqlar verdi
Bu barədə Nazirlər Kabineti məlumat yayıb.
İclasın gündəliyində “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərdən” biri olan “Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı”nın yaradılmasından çıxış edərək İnformasiya və Kommunikasiya Texnologiyaları sektorunun təşviqinə yönəlmiş qanunvericiliyə dəyişiklik layihələri, o cümlədən, elmi tədqiqat və kadr hazırlığı proqramları ilə yanaşı, texnopark, vergi, sosial müdafiə, gömrük, miqrasiya qanunvericiliyinə dəyişikliklər, “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinə son dəyişikliklər, monetar siyasət və banklararası bazarın inkişafı məsələləri ətraflı müzakirə olunub.
İclasda rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun, Mərkəzi Bankın sədri Taleh Kazımovun və “Aqrarkredit” QSC-nin İdarə Heyətinin sədri Məmməd Musayevin məruzələri dinlənilib.
Yekunda müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Daha çox xəbər:

İqtisadi Şuranın növbəti iclası keçirildi

Deputatlar bu gün 18 məsələni müzakirə etməyə toplaşır - SİYAHI

Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilir

Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilir

DAXİLİ SİYASƏT 4 İyun , 2022 12:23 2022-ci ilin dövlət büdcəsinə dəyişikliklərin edilməsi barədə layihə hazırlanır