Gündəm / Siyasət / Dünya
Putindən sülh müqaviləsi ilə bağlı açıqlama
Sərhədin delimitasiyası, nəqliyyat və humanitar məsələlərlə bağlı qərarlar Bakı və İrəvana sülh müqaviləsi bağlamağa imkan verəcək.
Globalpress.az xəbər verir ki APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin İrəvanda keçirilən KTMT sammitində bildirib.
Putin Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderlərinin oktyabrın sonunda Soçidə baş tutan sammitini müsbət qiymətləndirib, həmçinin qeyd edib ki, aparılan danışıqlar prinsipial məsələlər üzrə gələcək kompromislər üçün yaxşı zəmin yaradıb. Prezident bildirib ki, birgə bəyanatda 2020 və 2021-ci illərdə əldə edilmiş yüksək səviyyəli üçtərəfli sazişlərə sadiqlik bir daha təsdiqlənib. O vurğulayıb ki, yalnız sərhədlərin delimitasiyası, nəqliyyat kommunikasiyalarının açılması, humanitar problemlərin həlli ilə bağlı bu sazişlərin ardıcıl icrası ölkələr arasında münasibətlərin normallaşmasına kömək edəcək.
"Yalnız sərhədlərin delimitasiyası, nəqliyyat kommunikasiyalarının açılması və humanitar problemlərin həlli ilə bağlı əldə olunmuş razılaşmaları ardıcıl olaraq yerinə yetirməklə biz Ermənistanla Azərbaycan arasında münasibətlərin dayanıqlı normallaşmasına nail ola bilərik. Ümid edirik ki, bu, yekunda İrəvanla Bakı arasında sülh müqaviləsinin bağlanmasına imkan verəcək”, - deyə Putin vurğulayıb.
Daha çox xəbər:

Putin İrəvanda sammitdə: "Sülh sazişinin imzalanması mümkündür"

Putin: “Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında razılaşmalara əməl etmək sülhün yeganə yoludur

Rusiya XİN: “Delimitasiya prosesi Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına imkan verəcək”

Rusiyalı ekspert: “Rusiya-İran-Türkiyə üçtərəfli sammitində Qarabağ mövzusuna toxunulacaq”

Putin: “Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası üçün şərtlər mövcuddur