Gündəm / Siyasət / Dünya
İlham Əliyev: "Özünümüdafiə haqqı bütün dövlətlərə, o cümlədən Azərbaycana şamil edilməlidir"
Özünümüdafiə haqqı bütün dövlətlərə, o cümlədən Azərbaycana şamil edilməlidir".
Globalpress.az ın məlumatına görə bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçlə birgə Belqradda keçirilən mətbuat konfransında söyləyib.
"Biz görəndə ki, münaqişənin həlli ilə bağlı bütün səylər, o cümlədən aparılan danışıqlar səmərə vermir, güc amilindən istifadə etdik. Beynəlxalq hüquq, BMT-nin Nizamnaməsi bizə bu imkanı verirdi. Özünümüdafiə haqqı bütün dövlətlərə, o cümlədən Azərbaycana şamil edilməlidir. Biz güc yolu ilə öz ərazi bütövlüyümüzü bərpa etdik, ədaləti bərpa etdik və artıq iki ildir ki, Azərbaycan xalqı azad edilmiş torpaqlarda qurub-yaradır, binaları bərpa edir, bütün o böyük ərazini – 10 min kvadratkilometrdən böyük olan ərazini yenidən qurur”, - Prezident vurğulayıb
Daha çox xəbər:

Biz bu məsələni təkbaşına həll etdik” - Prezident

Azərbaycan və Serbiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB

Serbiya Prezidenti: "Biz Prezident İlham Əliyevə inanırıq, onun sözü imzasına bərabərdir"

Prezident: “Tarixi ədaləti, milli ləyaqətimizi bərpa etdik”

İlham Əliyev: “Şəhidlərimizin intiqamını döyüş meydanında aldıq”