Gündəm / Siyasət / Dünya
Serbiya Prezidenti: "Azərbaycanın tutduğu mövqeyi yüksək dəyərləndiririk"
" Biz Azərbaycanın tutduğu mövqeyi yüksək dəyərləndiririk və bu mövqeyə çox hörmətlə yanaşırıq".
Globalpress.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Belqradda Azərbaycan Prezidenti İlham Əliyev ilə təkbətək görüşü zamanı çıxışında deyib.
Onun sözlərinə görə, vətəndaşlar arasında əlaqələr inkişaf edir: "Dostluğumuz həm Sizin, həm də bizim tərəfdə görülən konkret işlərdə öz təzahürünü tapıb. Serbiyanın ərazi bütövlüyünə hər zaman verdiyiniz dəstəyə görə təşəkkürümü bildirirəm. Biz də Azərbaycanın çətin, ağır vaxtlarında eyni mövqedən çıxış etmişik. Azərbaycan bizim çoxdankı dostumuzdur və ümidvaram ki, bundan sonra da biz münasibətlərimizi daha da inkişaf etdirəcəyik. Heç kəs bir faktı inkar edə bilməz ki, biz yaxın dostuq, yaxın dost kimi qalırıq. Bundan sonra da ölkələrimiz arasında əməkdaşlığın səviyyəsini artırmaq üçün əlimizdən gələni edəcəyik".
Daha çox xəbər:

Serbiya Prezidenti: "Biz Prezident İlham Əliyevə inanırıq, onun sözü imzasına bərabərdir"

Azərbaycan lideri: "Biz həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik"

Pekində Azərbaycan və Rusiya prezidentləri arasında görüş olub

İlham Əliyev və Serbiyanın Baş naziri Qoşulmama Hərəkatı ilə bağlı məsələləri müzakirə edib

İlham Əliyev Qazaxıstan Prezidentinə məktub göndərdi