Gündəm / Cəmiyyət / Sosial
15:01, 22 Kasım 2022
0

Bakıda əməliyyat – 50 taksi sürücüsü tutuldu

Bakıda əməliyyat – 50 taksi sürücüsü tutuldu


Bu gün Bakıda narkotik vasitə aludəçisi olan, eləcə də xanım müştərilərə əxlaqsız təkliflər etdiyinə görə barələrində şikayətlər olan taksi sürücülərinə qarşı əməliyyat keçirilib.

Əməliyyat Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən icra olunub.

Əməliyyat nəticəsində 50-yə yaxın taksi sürücüsü saxlanılıb və onlar məsuliyyətə cəlb edilib. Onların əksəriyyətinin barəsində inzibati protokollar tərtib edilib və məhkəmələrə göndərilib.

Həyata keçirilən tədbirlər barədə geniş məlumat veriləcək.
Digər xəbərlər: