Gündəm / Siyasət / Cəmiyyət
Prezident: “Türk dövlətlərinin başçılarını da Qarabağ və Şərqi Zəngəzura dəvət edirəm”
"Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri aparır. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün “Böyük Qayıdış” proqramının icrasına başlamışıq”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxışında deyib.
Dövlət başçısı bu prosesdə Türkiyə şirkətlərinin podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak etdiyini diqqətə çatdırıb: “Əziz qardaşım, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azad edilmiş torpaqlara üç dəfə səfər edib, Şuşada, Füzulidə, Zəngilanda, Cəbrayılda olub. Mən digər Türk dövlətlərinin başçılarını da Qarabağ və Şərqi Zəngəzura dəvət edirəm. Fürsətdən istifadə edərək işğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən tikiləcək məktəbə və Qazaxıstan tərəfindən tikiləcək Yaradıcılıq Mərkəzinə görə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və Qazaxıstan Prezidenti Kazım-Jomart Tokayevə minnətdarlığımı bildirirəm. Bunlar Azərbaycan-özbək və Azərbaycan-qazax xalqları arasında olan qardaşlığın təzahürüdür”.
Daha çox xəbər:

Ərdoğana Türk Dünyasının Ali Ordeni təqdim edilib

Səmərqənddə Azərbaycan və Özbəkistan prezidentləri arasında görüş keçirilib - YENİLƏNİB

Bu gün beynəlxalq səyahətçilərin Qarabağ və Şərqi Zəngəzura səfəri baş tutacaq

Ərdoğan: “Can Azərbaycanın zəfəri bütün türk dünyasını qürurlandırdı”

Türkiyə və Özbəkistan prezidentləri görüşdü