Gündəm / Siyasət / Cəmiyyət
Türkiyəli general Azərbaycanın cənub sərhədlərinə gedib, xüsusi təyinatlıların təlimini izləyib
Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı Xüsusi Komandanlıq Qrupunun komandanı general-polkovnik Bəxtiyar Ersay ölkəmizin xüsusi təyinatlılarının təlimini izləyib.
Globalpress.az xəbər verir ki, o, bu məqsədlə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla birgə ölkənin cənub bölgəsinə səfər edib.
Z.Həsənov və B.Ersay xüsusi təyinatlılarla görüşüb, onların qayğıları ilə maraqlanıb.
Onlar eyni zamanda, Azərbaycanın cənub rayonlarında yerləşən hərbi hissə və birləşmələrin döyüş hazırlığını yoxlayıblar.
Qeyd edək ki, müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il üçün döyüş hazırlığı planına əsasən, noyabrın 2-də Azərbaycanın cənub sərhədlərinə yaxın ərazilərdə Xüsusi Təyinatlı Qüvvələrinin hərbi hissələrinin təlimi başlayıb. Təlimdə Hərbi Hava Qüvvələrinin, eləcə də Raket və Artilleriya bölmələri də iştirak edir.
Daha çox xəbər:

Xüsusi Təyinatlıların təlimi başladı - Hikmət Mirzəyev komandalıq edir

Zakir Həsənov: "XTQ-nin döyüş hazırlığının daha da artırılması daim diqqət mərkəzindədir"

İlham Əliyev şəhid xüsusi təyinatlıların xatirəsini yad edib

Müdafiə naziri Azərbaycan komandolarının döyüş hazırlığı ilə bağlı göstərişlər verdi

Laçın rayonunda Azərbaycan-Türkiyə birgə təlimi başlayıb - FOTO