Gündəm / Cəmiyyət / İdman
20:44, 31 Ekim 2022
0

Azərbaycanlı hakim ilk dəfə Çempionlar Liqasının qrup mərhələsi oyununa təyinat alıb

Azərbaycanlı hakim ilk dəfə Çempionlar Liqasının qrup mərhələsi oyununa təyinat alıb


Azərbaycanın FIFA referisi Əliyar Ağayev ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinin oyununa təyinat alıb.

Globalpress.az ın məlumata görə, 35 yaşlı hakim Danimarkada "Kopenhagen" və Almaniyanın "Borussiya" (Dortmund) komandaları arasında keçiriləcək VI tur matçını idarə edəcək.

Ona Zeynal Zeynalov və Akif Əmrəli laynsmanlar qismində yardımçı olacaq. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 2-də "Parken" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Digər xəbərlər: