Gündəm / Siyasət / Cəmiyyət
İlham Əliyev: “Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində hərəkətə keçməyin vaxtı çatıb”
Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq və hərəkət etmək vaxtı yetişib”.
Globalpress.az ın verdiyi məlumata görə bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 31-də Soçidə Rusiyanın dövlət başçısı Vladimir Putinlə görüşdə deyib.
Onun sözlərinə görə, bugünkü iclas regional məsələlərə həsr olunub: “Qarabağ münaqişəsinin nizamlanmasında oynadığınız rola görə Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm. İki il bundan əvvəl imzalanmış üçtərəfli Bəyannamə çoxillik münaqişəyə son qoydu. Əlbəttə, biz bu məsələdə Sizin şəxsi rolunuzu yüksək qiymətləndiririk. Bir qədər sonra keçiriləcək bugünkü üçtərəfli görüş bizim ilk görüşümüz olmayacaq. Sizin təşəbbüsünüzlə bu cür görüşlər keçirilib və görürəm ki, normallaşma prosesinə çox yaxşı impuls verib”.
Daha çox xəbər:

Soçidə Azərbaycan və Rusiya prezidentlərinin ikitərəfli görüşü keçirilib - YENİLƏNİB

Prezident: “Rusiya Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşmasında çox mühüm rol oynayır”

Pekində Azərbaycan və Rusiya prezidentləri arasında görüş olub

Təklifimiz hələlik cavabsız qalır, lakin biz hələ ümid edirik ki, bu təklif müsbət qəbul ediləcək”

Prezident İlham Əliyev Paşinyanla görüşün şərtini açıqladı