Gündəm / Siyasət / Cəmiyyət
Report Media Məktəbində yeni təlim proqramına start verilib
[medium]https://globalpress.az/uploads/posts/2022-10/1666361029_2fb14284-e4ca-3147-80c8-
b24e8c075bc5_850.jpg[/medium]
b24e8c075bc5_850.jpg[/medium]
Report" İnformasiya Agentliyinin (İA) Report Media Məktəbində növbəti qrup təlim proqramına qoşulub.
Müraciət edənlərdən 11 tələbə agentlikdə xəbər, müsahibə, reportaj, araşdırma yazıları hazırlayacaq, jurnalistika peşəsinin sirlərini öyrənəcək. Təlim dövründə xəbər jurnalistikasına önəm veriləcək.
“Report” İnformasiya Agentliyinin baş redaktoru Murad Əliyev Report Media Məktəbinin artıq sayca 12-ci qrupunun üzvləri ilə görüşdə bildirib ki, Media Məktəbində qurulan tədris sistemi gənc jurnalistlərin daha effektiv çalışmaları üçün şərait yaradır:
“Təlimə qoşulan hər bir gənc informasiyanın əldə edilməsi, emal edilməsi, doğru-düzgün yazılması ilə bağlı nəzəri biliklərini artıracaq, praktik olaraq həyata keçirəcək”.
Report Media Məktəbinin rəhbəri İsmayıl Rafiqoğlu növbəti təlim proqramında bir neçə yeniliyin tətbiq ediləcəyini bildirib:
“Report Media Məktəbinin tələbələri üçün maraqlı tədbir planı hazırlanıb. Proqramın öhdəsindən gəlmək üçün xeyli güc sərf etmək lazım gələcək. İnformasiya agentliyinin əməkdaşının görməli olduğu hər bir işi tələbələrə də öyrətməyi düşünürük".
Qeyd edək ki, Report Media Məktəbi 2018-ci ildən fəaliyyət göstərir. Media məktəbinin məqsədi Azərbaycanda media sahəsində peşəkar kadrlar yetişdirmək, dünya mətbuatının yararlandığı müasir trendləri gənc jurnalistlərə çatdırmaq, jurnalistika peşəsinə həvəs duyan və bu sahə üzrə işləmək istəyən şəxslərin potensialını üzə çıxarmaq, peşə üzrə praktik bilik və bacarığın artırılmasını təmin etməkdir. İndiyədək Report Media Məktəbini onlarla gənc bitirib. Həmin gənclər ölkənin müxtəlif media qurumlarında çalışırlar.
Daha çox xəbər:

Audiovizual media mühitində universal jurnalist" mövzusunda təlim keçirild

İqtisadiyyat Nazirliyi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə təlim keçirildi

İqtisadiyyat Nazirliyi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə təlim keçirildi

Report"un əməkdaşı Dövlət Komitəsinin müsabiqəsində qaliblər sırasında yer alıb

TƏBİB-lə MEDİA arasında əməkdaşlıq perspektivləri müzakirə olundu