Gündəm / Cəmiyyət / Təhsil
Azərbaycanda təhsil sahəsində dövlətin vəzifələri artırılır
Milli Məclisin Elm və təhsil komitəsinin bugünkü iclasında dəyişiklik layihəsi müzakirəyə çıxarılıb...
Azərbaycanda təhsil sahəsində dövlətin vəzifələri artırılır.
Bununla bağlı “Təhsil haqqında” qanuna dəyişiklik təklif olunur.
Dəyişikliklə ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsindən xaric və ya bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması ( onlara akademik məzuniyyətin verilməsi) qaydalarını müəyyən etmək dövlətin vəzifələri sırasına əlavə edilir.
Bundan əlavə, orta ixtisas təhsil müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydalarını da müəyyən etmək dövlətin vəzifəsi sayılacaq.
Milli Məclisin Elm və təhsil komitəsinin bugünkü iclasında dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
Daha çox xəbər:

Bu şəxslərin təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək

Tələbələrin köçürülməsinə başlanılır

35 xarici tələbə Azərbaycan Tibb Universitetindən xaric edilib

Tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərə görə bəzi şəxslərə güzəştlər edilib

Məktəblərə nəzarətin güclənməsi üçün yeni tələb qoyulacaq