Gündəm / Siyasət / Cəmiyyət
Google” Azərbaycanın Müstəqilliyinin Bərpası Gününə "dudl" həsr etdi
Dünyanın aparıcı internet-axtarış saytı olan "Google" çərşənbə axşamı oktyabrın 18-də qeyd olunan Azərbaycanın Müstəqilliyinin Bərpası Gününə xüsusi "dudl" həsr edib.
Azərbaycan bayrağını əks etdirən "dudl"a klik edərək istifadəçilər Azərbaycanın Müstəqilliyinin Bərpası Gününün tarixi haqqında məlumatlar olan səhifələrə keçidləri görə bilərlər.
Qeyd edək ki, "Google"ın "dudl"ları müxtəlif hadisələr, bayramlar və yubileylər şərəfinə axtarış sisteminin əsas səhifəsində görünən şəkillər, animasiyalar və oyunlardır. "Dudl"lar qlobal (bütün dünyada, bütün "Google" domenlərində mövcud olanlar) və müəyyən yerli ( yalnız bir və ya bir neçə ölkədə görülə bilən) kateqoriyalarına bölünür.
Daha çox xəbər:

Los-Ancelesdə Üzeyir Hacıbəyliyə həsr olunan qısa film hazırlanıb

Zəfər Gününə həsr edilən “Qarabağ Zəfəri-Şuşa” kitabı çapdan çıxıb

Karateçilərimiz İstanbulda qazandıqları 29 medalı Zəfər Gününə həsr etdilər - FOTO

Əhməd İsmayılov düşmənin informasiya hücumlarının qarşısının alınması ilə bağlı çağırış etdi

Bu gün Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür