Gündəm / Siyasət / Cəmiyyət
Report"un əməkdaşı MEDİA və "Azərişığ"ın birgə keçirdiyi müsabiqənin qalibi olub
Report İNFORMASİYA Agentiyinin əməkdaşı Tural İbadlı Medianın İnkişafı Agentliyi (MEDİA) və "Azərişıq" ASC-nin jurnalistlər arasında birgə keçirdiyi müsabiqənin qalibi olub.
"Report" xəbər verir ki, müsabiqə 20 oktyabr - Energetiklər Günü münasibəti ilə keçirilib.
Tədbiri giriş sözü ilə açan səhmdar cəmiyyətinin sədrinin müşaviri Xalid Təhməzov bildirib ki, təmsil etdiyi qurumda belə tədbirlər ənənəvi hal alıb. Onun sözlərinə görə, müsabiqəyə ümumilikdə 20 köşə yazısı və 8 televiziya reportajı təqdim edilib.
MEDİA-nın şöbə müdiri Natiq Məmmədli isə deyib ki, müsabiqədən öncə 50-yə yaxın jurnalistin azad edilmiş Füzuli, Hadrut və Şuşaya səfəri təşkil edilib. Səfərdən sonra isə ilk dəfə həmin mediaturda iştirak edənlər arasında müsabiqə elan edilib. Onlayn media nümayəndələri öz köşələrini, televiziyalarda çalışan jurnalistlər isə hazırladıqları reportajları müsabiqəyə təqdim ediblər. Müsabiqəyə təqdim edilən bütün materialların hamısı işğaldan azad edilmiş ərazilərin enerji infrastrukturunun qurulmasına həsr edilib.
Daha sonra qaliblər mükafatlandırılıb. Müsabiqəyə təqdim edilmiş köşə yazılarından 5-i, televiziya reportajlarından isə 3-ü mükafata layiq görülüb. "Report"un əməkdaşının yazdığı "Qarabağda əbədi işıq yandıranlar" yazısı da mükafata layiq görülənlər arasında olub.
Daha çox xəbər: