Gündəm / Hadisə
18:16, 17 Ekim 2022
0

Göygöldə avtomobil qəzası olub, xəsarət alanlar var

Göygöl rayonunun Yalqışlaq kəndində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Globalpress.az-ın məlumatına görə, iki minik avtomobilinin toqquşması nəticəsində, 1963-cı il təvəllüdlü Ş.Muradov və 1986-ci il təvəllüdlü E.Vəliyev xəsarət alıb.

Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər: