Gündəm / Siyasət / Cəmiyyət
Soltan Məmmədov: "Praqa görüşü Cənubi Qafqazda yeni bir dövrün başlanmasına xidmət edir"
Soltan Məmmədov: "Praqa görüşü Cənubi Qafqazda yeni bir dövrün başlanmasına xidmət edir"
Soltan Məmmədov: "Praqa görüşü Cənubi Qafqazda yeni bir dövrün başlanmasına xidmət edir""Azərbaycan, Fransa, Ermənistan və Avropa İttifaqı Şurasının rəhbərləri arasında oktyabrın 6-da Praqada keçirilən görüş Azərbaycanın növbəti diplomatik uğuru olmaqla yanaşı, Cənubi Qafqazda yeni bir dövrün başlanmasına xidmət edən məqamlarla yadda qaldı".
Globalpress.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Soltan Məmmədov parlamentin oktyabrın 11-də keçirilən iclasında çıxışı zamanı bildirib.
O, bəzi qüvvələrin prosesi ləngitməyə, regionda gərginliyi artırmağa xidmət edən təşəbbüslərlə çıxış etməsindən təəssüfləndiyini bildirib: "Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonnanın bir neçə gün öncə Milli Assambleyanın ermənipərəst üzvünün Azərbaycana qarşı əsassız ittihamlarla dolu sualını cavablandırarkən söylədiyi fikirlər də bu qəbildəndir. Cavabın ümumi məzmunu tamamilə qərəzli mülahizələrə əsaslanır. Bu, xüsusilə Fransanın bölgədə sülhün təmin olunması prosesində fəal iştirak etməyə çalışdığı indiki dövrün ruhuna uyğun deyil. Çünki biz son dövrdə Fransa Prezidentinin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə töhfə vermək təşəbbüslərinin şahidiyik. Təəssüf ki, Fransada bizim regionumuzla bağlı hadisələrə münasibətdə birtərəfli mövqe tutan hökumət və parlament üzvləri var. Bu il sentyabrın 13-14-də Ermənistanın Azərbaycanla dövlət sərhədində törətdiyi hərbi təxribatın birtərəfli şəkildə təqdim edilməsi də onların şəxsi mülahizələrini parlamentə və dövlətlərarası münasibətlərə daşımaq cəhdlərinin göstəricisidir. Halbuki Azərbaycan sadəcə BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq öz suverenliyini və ərazi bütövlüyünü müdafiə edib".
S.Məmmədov deyib ki, Fransa indiyədək Azərbaycan xalqına qarşı törədilmiş çoxsaylı cinayətlərlə bağlı heç vaxt konkret münasibət ortaya qoymayıb: "Ermənistanın basdırdığı minaların partlaması nəticəsində 250-dən çox Azərbaycan vətəndaşının həlak olması və ya yaralanması, 4000-ə yaxın azərbaycanlının itkin düşməsi, yüzlərlə həmvətənimizin qətlə yetirilərək kütləvi məzarlıqlarda dəfn olunması faktları ilə bağlı mövqe bildirməyib. Əlbəttə, Fransada Azərbaycanın Avropa üçün strateji əhəmiyyətini düzgün qiymətləndirən, regionda baş verən proseslər haqqında obyektiv təsəvvürü olan, Cənubi Qafqazda sülhün və sabitliyin tərəfdarı kimi çıxış edən siyasətçilər də var. Onlar yaxşı bilirlər ki, bölgəmizdə əməkdaşlıq, sabitlik və rifah dövrünün başlanması üçün unikan fürsət yaranıb. Biz regionun tarixində yeni bir səhifə açmışıq. Ona görə də Azərbaycan-Fransa parlamentlərarası İşçi Qrupu adından Fransalı parlamentariləri, siyasətçilərinə müraciət edərək belə bir tarixi mərhələdə Cənubi Qafqazda vəziyyəti gərginləşdirməyə xidmət edən təşəbbüslərdən çəkinməyə çağırırıq".
Daha çox xəbər:

İlham Əliyevlə Şarl Mişel arasında telefon danışığı olub - Nələr müzakirə edilib?

Praqada Azərbaycan, Ermənistan, Fransa və Aİ Şurası liderlərinin görüşü olacaq

ABŞ və Avropa Cənubi Qafqazda alçaq hərəkətlər edir” - Lavrov

Mərkəz rəhbəri: "Azərbaycan Minsk qrupunun hazırkı yanaşmasını qəbul etmir"

Avropa İnvestisiya Bankı Azərbaycanda yeni layihə həyata keçirəcək