Gündəm / Cəmiyyət / Sosial
Jurnalist vəsiqəsinin forması təsdiq edilib
Azərbaycanda jurnalist vəsiqəsinin forması, vəsiqənin verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə qaydası təsdiq edilib.
Globalpress.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qeyd olunub ki, eyni zamanda beynəlxalq praktikaya uyğun olaraq jurnalistlərin könüllülük əsasında Media Reyestrinə daxil edilməsi nəzərdə tutulmuşdur ki, Media Reyestrinə daxil edilmiş jurnalistlərə Medianın İnkişafı Agentliyi tərəfindən jurnalist vəsiqəsi veriləcək.
Jurnalist vəsiqəsi jurnalistlərin tanınan hüquqlarının müdafiəsi mexanizminin təkmilləşdirilməsi və daha operativ təşkil edilməsi, onların inkişafına dəstək layihələrinin iqtisadi və hüquqi əsaslandırmasının formalaşdırılması, akkreditasiya prosedurunun daha sürətli və səmərəli həyata keçirilməsinin təmin olunması məqsədi daşıyır.
Daha çox xəbər:

Jurnalist vəsiqəsinin verilməsi və dəyişdirilməsinə görə ödənişin məbləği müəyyənləşib

MEDİA-nın işçilərinin kollektiv mükafatlandırılması qaydası müəyyənləşib

MEDİA-nın işçilərinin aylıq vəzifə maaşına əlavənin hesablanması və ödənilməsi qaydası açıqlanıb

Media Reyestri şəhadətnaməsinin forması təsdiq edilib

Media Reyestri şəhadətnaməsinin forması təsdiq edilib