Gündəm / İqtisadiyyat / Cəmiyyət
Qlobal gündəlikdə duran mühüm məsələlərdən biri enerji təhlükəsizliyidir" - İlham Əliyev
Əlbəttə ki, hazırda qlobal gündəlikdə duran mühüm məsələlərdən biri enerji təhlükəsizliyidir. Biz nümayəndələrimiz vasitəsilə artıq bu məsələlər üzərində iş aparmışıq
Globalpress.az
xəbər verir ki, bunu Prezident İlham Əliyev ölkəmizə rəsmi səfərə gələn Moldova Respublikasının Baş naziri Nataliya Qavrilitsa ilə təkbətək görüşdə deyib.
“Sözsüz ki, cari vəziyyəti və həmin sahələrdə əməkdaşlığın başlanması üçün hansı işlərin görüləcəyini də müzakirə edəcəyik. Bir çox digər sahələr də var və inanıram ki, ikitərəfli gündəliyimizin genişləndirilməsi üçün böyük imkanlar olacaqdır. Təbii ki, çox güclü siyasi münasibətləri nəzərə alsaq, onlar olmalıdır. Bir neçə gün əvvəl, xanım Prezidentlə Praqada görüşmək imkanı oldu. Bilirsiniz ki, bizim əvvəllər də görüşlərimiz, o cümlədən telefon danışıqlarımız olub. Bir sözlə, yaxşı işgüzar münasibətlər qurulub. Əminəm ki, siz də tərəfdaşlığımızı irəliyə doğru aparmaq məqsədilə azərbaycanlı həmkarınızla yaxşı işgüzar münasibətlər quracaqsınız”, - Prezident İlham Əliyev qeyd edib.
Daha çox xəbər:

İlham Əliyevin şərəfinə nahar verildi

Prezident Bolqarıstanın biznes dairələrinin nümayəndələri ilə görüşdü - YENİLƏNDİ

Pekində Azərbaycan və Rusiya prezidentləri arasında görüş olub

Prezident: “Ermənistan tərəfdən 25 ildən çox davam edən işğal nəticəsində hər şey dağıdılıb”

İlham Əliyev: “Əsas məqsədimiz iqtisadiyyatımızın şaxələndirilməsini davam etdirməkdir”