Gündəm / Siyasət / Cəmiyyət
21:38, 04 Ekim 2022
0

Azərbaycan daha 17 erməni hərbçini Ermənistana təhvil verib

Azərbaycan daha 17 erməni hərbçini Ermənistana təhvil verib


Azərbaycan növbəti dəfə humanizm prinsiplərini rəhbər tutaraq 13-14 sentyabr tarixlərində Ermənistanın son təxribatı zamanı saxlanılan 17 Ermənistan hərbçisini geri qaytarıb.

Globalpress.az bildirir ki, məsələ beynəlxalq kanallar vasitəsilə Ermənistan hökuməti ilə razılaşdırılıb.

Təhvil verilən ermənilərdən 4 nəfəri yaralıdır. Onlara lazımi tibbi yardım göstərilib.

Bundan əvvəl də Azərbaycan humanizm prinsiplərini rəhbər tutaraq bir neçə dəfə saxlanılan erməni hərbçiləri geri qaytarıb. Sonuncu belə hal bu ilin sentyabrın 8-də baş verib. Belə ki, Azərbaycan beş erməni hərbçisini qarşı tərəfə təhvil verib. Bundan başqa, Ermənistanın son təxribatından sonra isə ümumilikdə 133 erməni hərbçisinin meyiti qarşı tərəfə təhvil verilib.
Digər xəbərlər: