Gündəm / Siyasət / Dünya
İsraildən Rusiyaya tətbiq edilən sanksiyalarla bağlı açıqlama
İsrail Rusiyaya qarşı sanksiyaların birtərəfli qaydada tətbiqini nəzərdə tutan qanun çərçivəsində deyil, müttəfiqlərlə razılaşaraq hərəkət edəcək”.
Globalpress.az xəbər verir ki, bu sözləri İsrailin Ukraynadakı səfiri Mixael Brodski deyib.
“İsrail əvvəldən bəyan edib ki, Rusiyaya qarşı sanksiyalar tətbiq olunan kimi onlardan yan keçməklə hərəkət etməyəcək. Məsələ burasındadır ki, İsrail qanunvericiliyində heç bir ölkəyə qarşı birtərəfli sanksiyaların tətbiqi imkanı yoxdur. İsrail tarixində belə hallar olmayıb, çünki qanunda belə bir imkan yoxdur”, – Brodskinin sözlərindən Ukrayna nəşri sitat gətirib.
O qeyd edib ki, demək olar ki, bütün İsrail şirkətləri ya Amerika, ya da Avropa bazarında işləyir və şirkətlərin heç biri sanksiyalardan yan keçəcək qədər getməyəcək:
“Sanksiyaların tətbiq olunduğu anda biz sanksiya rejimini heç bir şəkildə pozmamaq üçün özümüzü düzgün aparmağa başladıq və bu, belə də davam edəcək”, - deyə o bildirib.
Xatırladaq ki, bundan əvvəl İsrailin Baş naziri vəzifəsini icra edən, dövrün Xarici İşlər Nazirliyinin rəhbəri olmuş Yair Lapid xüsusi bəyanatla çıxış edərək bildirmişdi ki, İsrail elan edilmiş sanksiyaların Rusiyaya mümkün təsirini öyrənir.
“Bu sanksiyaların İsrailin siyasəti və iqtisadiyyatına olan təsirləri öyrənmək üçün idarələrarası qrup yaradılacaq” – Y. Lapid demişdi.
Daha çox xəbər: