Gündəm / Cəmiyyət / Sosial
Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində təyinat olub
Xanbaba Hüseynov Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində olan Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi direktorunun elmi işlər üzrə müavini təyin olunub.
Bu barədə TƏBİB-dən bildirilib.
O, bu gündən işə başlayıb.
Qeyd edək ki, X.Hüseynov 1981-1987-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika ixtisası üzrə təhsil alıb. Daha öncə isə Masallı Rayon Mərkəzi Xəstəxanasının direktoru kimi fəaliyyət göstərib. O, sentyabrın 30-da tutduğu vəzifəsindən azad edilmişdi. Onun yerinə isə İlqar Ramiz oğlu təyin edilib
Daha çox xəbər:

Masallı Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olundu

TƏBİB-in TABELİYİNDƏKİ BU QURUMLAR SƏHİYYƏ NAZİRLİYİNƏ VERİLDİ - FƏRMAN

Azərbaycanda həkimlərin işə qəbulu üçün yeni qaydalar hazırlanır

TƏBİB-in icraçı direktoru vəzifəsinə təyinat oldu

İcbari tibbi sığorta ilə işləyən xəstəxanaların SİYAHISI