Gündəm / İqtisadiyyat / Dünya
18:33, 01 Ekim 2022
0

İran Türkiyəyə təbii qaz nəqlini dayandırır

İran Türkiyəyə təbii qaz nəqlini dayandırır


İrandan Türkiyəyə təbii qazın nəqli oktyabrın 9-dək dayandırılacaq.
Globalpress.az türk mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin BOTAŞ şirkəti açıqlama yayıb.

Bildirilib ki, İran-Türkiyə Təbii Qaz Boru Kəmərində aparılacaq planlı yoxlama və təftiş işləri ilə əlaqədar olaraq Gürbulak giriş məntəqəsindən təbii qazın nəqli paylayıcı şəbəkə ilə 8 gün mümkün olmayacaq.

Şirkət planlaşdırılan cari təmir-bərpa işləri zamanı ölkə elektrik verilişi şəbəkəsində tələb-təklif balansı ilə bağlı problemin olmayacağını da qeyd edib.
Digər xəbərlər: