Gündəm / Siyasət / Cəmiyyət
Milli Məclis bir neçə sazişi ratifikasiya edib - SİYAHI
Milli Məclis bir neçə sazişi ratifikasiya edib.
Globalpress.az ın xəbərinə görə, bununla bağlı sənədlər Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra Azərbaycan parlamenti bir neçə sazişi təsdiqləyib.
Həmin sənədlər aşağıdakılardır:
1. “Mülki və ya ticarət işləri üzrə məhkəmə və qeyri-məhkəmə sənədlərinin xaricdə təqdim edilməsi haqqında” Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
2. “Uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası haqqında” Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
3. “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
4. “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
5. “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
6. “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
Daha çox xəbər:

Azərbaycan parlamenti bir neçə sazişi ratifikasiya edəcək - SİYAHI

Milli Məclis bu gün 15 məsələni müzakirəyə çıxarır - SİYAHI

Milli Məclis 17 məsələyə görə iclas çağırıb - SİYAHI

Deputatlar bu gün 18 məsələni müzakirə etməyə toplaşır - SİYAHI

Milli Məclisin növbəti plenar iclasının gündəliyi açıqlanıb