Gündəm / Siyasət / Cəmiyyət
Müdafiə Nazirliyi daha bir məlumat yaydı
Müdafiə Nazirliyi daha bir məlumat yaydı
Ermənistan tərəfindən guya Azərbaycan Ordusunun mülki əhalini, obyektləri və infrastrukturu hədəfə alması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir .
Globalpress.az xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, bu, Ermənistan tərəfinin yaydığı növbəti dezinformasiyadır.
Ermənistanın təxribatlarına cavab olaraq əks tədbirlər lokal xarakter daşıyaraq atəş nöqtəsi olan legitim hərbi hədəflərə qarşı yönəlmişdir. Cavab tədbirləri kiçikmiqyaslı və hədəflənmiş xarakter daşıyaraq Azərbaycan sərhədlərinin təhlükəsizliyini təmin etmək və Ermənistanın təxribatlarına son qoymaq məqsədi daşıyır.
Mülki obyektlərin və günahsız insanların hədəfə alınması Ermənistan silahlı qüvvələrinin tətbiq etdiyi standart hərbi metodologiyadır. 30 illik işğal dövründə və 44 günlük Vətən müharibəsində məhz Ermənistan tərəfi ballistik raketlər və kasetli bombalarla qəsdən və məqsədyönlü şəkildə Azərbaycan şəhərlərini və mülki əhalisini hədəfə alırdı.
Daha çox xəbər:

Azərbaycan Müdafiə Nazirliyi brifinq keçirib - YENİLƏNİB

MN: “Ermənistanın Azərbaycan Ordusunun avtomobilini atəşə tutması və itkilərin olması həqiqəti əks etdirmir”

Son dəqiqə! Müdafiə Nazirliyi açıqlama yaydı

Müdafiə Nazirliyi vətəndaşlara çağırış edib

Dövlət sərhədinin Laçın rayonu istiqamətində ermənilər növbəti təxribata cəhd göstərib - RƏSMİ