Gündəm / Siyasət / Şou
19:58, 01 Eylül 2022
0

İlham Əliyev: Azərbaycan və İtaliya təhsil sahəsində yeni genişmiqyaslı əməkdaşlığa başlayır - VİDEO

İlham Əliyev: Azərbaycan və İtaliya təhsil sahəsində yeni genişmiqyaslı əməkdaşlığa başlayır - VİDEO


Biz təhsil sahəsində yeni genişmiqyaslı əməkdaşlığa başlayırıq.
Globalpress.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Romada İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə bağlı imzalanmış sənədlərin mübadiləsi mərasimindən sonra çıxışı zamanı deyib. Müvafiq video dövlət başçısının "Instagram"da rəsmi səhifəsində yerləşdirilib.

"Bugünkü mərasim Azərbaycan səfirliyinin yeni binasında keçirilir. Onu da deməliyəm ki, bu, yeni binada keçirilən ilk tədbirdir. Romanın tarixi məhəlləsində yerləşən bu tarixi bina bu gün öz qapılarını açır və eyni zamanda, bu binada Azərbaycanın Mədəniyyət Mərkəzi də fəaliyyət göstərəcək.


Mən çox şadam ki, bu binada keçirilən ilk tədbir məhz təhsil sahəsinə aiddir. Bu gün İtaliya-Azərbaycan əlaqələrinin yeni səhifəsi açılır. Təhsil sahəsində biz yeni genişmiqyaslı əməkdaşlığa başlayırıq. İki il bundan əvvəl İtaliyada dövlət səfərində olarkən mən bu təkliflə çıxış etmişdim ki, İtaliya-Azərbaycan Universiteti yaradılsın. İtaliya rəhbərliyi də bunu alqışladı və qısa müddət ərzində artıq biz praktiki fəaliyyətə başlayırıq", - dövlət başçısı deyib.
Digər xəbərlər: