Gündəm / Siyasət / Cəmiyyət
Ceyhun Bayramovdan paylaşım: "İtkin düşmüş 3890 azərbaycanlının taleyi məlum deyil"
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov I Qarabağ müharibəsində itkin düşmüş azərbaycanlılarla bağlı Ermənistana beynəxalq təzyiq göstərilməsi üçün çağırış edib.
Globalpress.az xəbər verir ki, bu barədə Azərbaycan XİN başçısı "Twitter"də paylaşım edib: "Bu gün Beynəlxalq İtkinlər Günüdür. Təxminən 30 ildir ki, Ermənistanın təcavüzü nəticəsində itkin düşmüş 3890 azərbaycanlının taleyi məlum deyil. Biz beynəlxalq hüquq çərçivəsində öhdəlikləri yerinə yetirmək üçün Ermənistana beynəlxalq təzyiq göstərilməsinə çağırırıq".
Daha çox xəbər:

Ceyhun Bayramovdan paylaşım: "İtkin düşmüş 3890 azərbaycanlının taleyi məlum deyil"

DTX rəisi itkin düşmüş 6 hərbçimizdən DANIŞDI

Vətən müharibəsində itkin düşmüş zabitimizin nəşi tapılıb - FOTO

Ceyhun Bayramov türkiyəli həmkarı ilə görüşüb - FOTO

Ceyhun Bayramov İranın xarici işlər naziri ilə görüşüb