Gündəm / İqtisadiyyat / Dünya
Tehran regional dəhlizlərin inkişafında maraqlıdır“ - İran
Regional tranzit yollarının genişləndirilməsi İran iqtisadi diplomatiyasının əsas vəzifəsidir".
Globalpress.az IRNA-ya istinadla xəbər verir ki, bunu İran xarici işlər nazirinin iqtisadi diplomatiya üzrə müavini Mehdi Səfəri deyib.
Türkmənistanın paytaxtı Aşqabadda keçirilən konfransada çıxış edən Səfəri İranın regional tranzit dəhlizlərində effektiv iştirakına diqqət çəkib.
O bildirib ki, dəhliz sadəcə nəqliyyat vasitəsi deyil, daha çox ticarətin genişləndirilməsi və milli, regional və qlobal iqtisadiyyatların inkişafı üçün bir vasitədir.
İranın digər rəsmisi - yol və şəhərsalma naziri Rüstəm Qasimi isə qeyd edib ki, bir çox regional və beynəlxalq tranzit dəhlizləri İranın tranzit marşrutlarından istifadə edir.
Nazir əlavə edib ki, İranın Fars körfəzi, Oman dənizi, Hind okeanı və Xəzər dənizindəki yolları regionun dənizə çıxışı olmayan ölkələrindən malların tranzitində mühüm rol oynayır.
O bildirib ki, İranın regional və beynəlxalq tranzit əməkdaşlığına yanaşması hər hansı rəqabətdən qaçmaqdır.
Nazirin sözlərinə görə, dünyanın dənizə çıxışı olmayan 32 inkişaf etməkdə olan ölkəsindən səkkizi - Ermənistan, Əfqanıstan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan İranla sıx ikitərəfli və çoxtərəfli tranzit əməkdaşlığına malikdir.
R. Qasimi əlavə edib ki, İran beynəlxalq ictimaiyyətin dənizə çıxışı olmayan ölkələrin ticarət xərclərini azaltmağa kömək etməklə və dünya bazarlarına çıxışını asanlaşdırmaqla onların həssaslığını azaltmaq öhdəliyinin bir hissəsini yerinə yetirib.
Daha çox xəbər:

Azərbaycan, İran və Rusiya bu məsələni müzakirə edəcək

Bu, Azərbaycan, İran və Türkiyəni birləşdirəcək çoxtəyinatlı yeni dəhlizdir"

Ceyhun Bayramov İranın xarici işlər naziri ilə görüşüb

İran XİN rəhbəri: “İlham Əliyev ümidverici açıqlamalar verdi” - FOTO

Azərbaycanda daha bir mötəbər tədbir KEÇİRİLƏCƏK