Gündəm / Siyasət / Dünya
ABŞ-dan İrana xəbərdarlıq: Ağır nəticələri olacaq!
ABŞ təqaüddə olan məmurlar da daxil olmaqla, ölkə vətəndaşlarının həyatına qəsd etməyə cəhd etdiyi təqdirdə İrana ağır zərbə vurmağa hazırdır.
Globalpress.az.az xəbər verir ki, bunu ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan deyib.
“Biz bunu əvvəllərdə bildirmişik və indi də deyirik: Co Bayden administrasiyası bütün Amerika vətəndaşlarını zorakılıq və terror təhdidlərindən qorumaqdan imtina etməyəcək. Əgər İran vətəndaşlarımızdan hər hansı birinə zərər verərsə, o zaman ölkə ağır nəticələrlə üzləşəcək”, – Sullivan bildirib.
Qeyd edək ki, bu gün ABŞ SEPAH üzvünü Donald Trampın hakimiyyəti dövründə prezidentin milli təhlükəsizliyi üzrə köməkçisi olmuş Con Boltona qarşı sui-qəsd planlaşdırmaqda ittiham edib.
Daha çox xəbər:

“Taliban”dan ABŞ-a xəbərdarlıq: “Əks təqdirdə, bunun müxtəlif nəticələri ola bilər”

ABŞ Milli Təhlükəsizlik Şurasının təcili iclası ÇAĞIRILDI

ABŞ-ın dövlət katibi İrana silah satmaq istəyənləri hədələdi

ABŞ Ermənistana sanksiya tətbiq edə bilər

ABŞ Tehranı Rusiya və Çin silahlarından məhrum etmək istəyir