Gündəm / Cəmiyyət / Hadisə
Erməni silahlılarının canlı qüvvəsi və çoxlu sayda
Əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib.
Nəticədə, qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib və yaralanıb, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilib.
Azərbaycan Respublikası dəfələrlə bildirmişdir ki, üçtərəfli bəyanata zidd olaraq Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlı birləşmələrinin Rusiya Federasiyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində mövcudluğu təhlükə mənbəyi olaraq qalır. Həmin ərazilərin demilitarizasiyası, Ermənistan qoşunlarının oradan tam çıxarılması və qanunsuz erməni silahlı ünsürlərinin tərksilah edilməsi mütləq şəkildə labüddür.
Daha çox xəbər:

Azərbaycan Ordusu “Qisas” əməliyyatı keçirib - RƏSMİ AÇIQLAMA - VİDEO

Ermənistan silahlı qüvvələrinin könüllülərdən ibarət qrupu məhv edilib, bir bölüyə qədər canlı qüvvəsi pusquya salınıb

Erməni terrorçularının 1 hərbi hissəsi və azı 1 postu MƏHV EDİLDİ

Müdafiə Nazirliyi: “Hərbi cinayət törətmiş növbəti yüksək vəzifəli erməni hərbçisi məhv edilib”

SON DƏQİQƏ: Qarabağda xeyli sayda erməni diversant HÜCUMA KECDİ, HAMISI... - ÖLÜ VƏ YARALILAR VAR