Gündəm / Siyasət / Cəmiyyət / Dünya
20:37, 22 Temmuz 2022
0

Ukrayna və Rusiya arasında nüvə müharibəsi niyə realdır?

Ukrayna və Rusiya arasında nüvə müharibəsi niyə realdır?


“Bəzi insanlar Rusiyaya qarşı istənilən nüvə zərbəsinin bəşəriyyət tarixinin sonu olacağı haqda fikirlər səsləndirirlər. Bu doğru deyil, üstəlik, Ukrayna-Rusiya nüvə müharibəsinin reallığa çevrilmə şansı çox yüksəkdir”.

Globalpress.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya mediasında dərc edilən məqalədə deyilir:

“Qeyd etmək lazımdır ki, Rusiyanın iştirakı ilə baş verəcək nüvə müharibəsi nəticəsində planetin məhv olacağı ilə bağlı səsləndirilən fikirlər “Soyuq Müharibə” dövrünün sabit stereotipidir. O vaxt həm SSRİ, həm də ABŞ bir-birini məhv etməyə ciddi şəkildə hazır idi. Ancaq Sovet İttifaqının dağılmasından sonra çox şey dəyişib və bu, bizim üçün yaxşı hal deyil” – məqalədə qeyd olunur.

“Ukrayna öz coğrafi mövqeyinə görə Pentaqonun planlarında çox mühüm rol oynayıb. Amerikanın orta mənzilli ballistik raketlərinin haralardansa Xarkov və ya Zaporojye yaxınlığının cəmi bir neçə dəqiqəlik məsafəsinə yerləşdirilməsi əsl təhlükədir. Bu, Vaşinqtonun hərbi-siyasi rəhbərliyinin Rusiyaya qarşı qabaqlayıcı nüvə zərbəsinə ciddi qərar verəcəyi haqda təsəvvürün yaranmasına səbəb olur. Seçim kimi, ABŞ-ın Rumıniya və Polşada mövcud olan “Aegis Aşore” zenit-raket komplekslərinin yerüstü versiyaları Ukrayna ərazisində yerləşdirilə bilər. Bu, Rusiyanın orta və daha qısa mənzilli ballistik raketlərini tutmaq üçün nəzərdə tutulan “SM-3” “Block IB” zenit-raket kompleksi ilə təchiz edilən müdafiə sistemidir. Ancaq vacib nüans odur ki, istənilən vaxtda “Aegis Aşore” buraxılış hücrələrindəki raket əleyhinə başlıqlar 1500-2000 kilometr məsafəni vura bilən nüvə raketləri ilə əvəzlənə bilər” – Məqalədə yazılıb.

“Amerikanın orta mənzilli ballistik raketləri Moskvaya və digər hədəflərə doğru yönəlsə, o zaman Rusiyanın nüvə başlıqlı “”ICBM” sistemləri cavab olaraq havaya qaldırılacaq. Gəlin özümüzə sual verək: Kollektiv Qərbin, ilk növbədə ABŞ və Böyük Britaniyanın Kiyevə “Qrom-2”, “Korşun-2” raketlərini gətirməsinə və aktiv hərbi-texniki yardım göstərməsinə nə mane ola bilər?. Belə görünür ki, cavab nüvə zərbəsinə tuş gəlmək riski sıfır olan anqlosakslar minimal xərclə Rusiyanın yaxınlığında ölümcül nüvə təhlükəsi yaradacaqlar. Bəs Kiyev “Ukrayna torpaqlarını zəbt edən “təcavüzkar”a qarşı nüvə silahından istifadə edəcəkmi? Buna şübhə etməyin. Nüvə başlıqları olan raketlər Moskva, Sankt-Peterburq, Sevastopol və Krıma, daha sonra isə Uraldakı hərbi obyektlərə yönələcək. Bəs Rusiya raketləri London və Vaşinqtona cavab olaraq havaya qalxacaqmı? Rusiya Müdafiə Nazirliyi Nezalejnaya cavab nüvə zərbəsi endirsə, bundan daha çox kim faydalanacaq? Təbii ki, məqsədləri bir neçə milyon ukraynalı və rusu öldürmək, ərazimizi radiasiya ilə çirkləndirməkdir. Hansı istiqamətdən baxsaq strateji məğlubiyyət bizim olacaq” – müəllif fikirlərini tamamlayıb.
Digər xəbərlər: