Gündəm / Siyasət / İqtisadiyyat
Azərsun Holdinq": "Azərbaycan gəmiləri Gürcüstan limanında növbə gözləyir"
Rusiya-Ukrayna müharibəsinə görə Gürcüstanda logistika ilə bağlı problemlər yaranıb.
Globalpress.az xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Gürcüstan biznes forumunda “Azərsun Holdinq" MMC-nin baş icraçı direktoru Savaş Uzan bildirib.
"Ukrayna limanları bağlı olduğuna görə Gürcüstan limanları həddindən çox yüklənib. Qonşu ölkədə Qazaxıstanın 9-10, Özbəkistan və Azərbaycanın isə 4 gəmisi bir aydan çoxdur ki, növbə gözləyirlər. Limanların vəziyyəti nəzərə alınmalı, onlara əlavə investisiya qoyuluşu həyata keçirilməlidir", - deyə o, qeyd edib.
"Ukraynadakı limanların bağlanması bizim üçün böyük fürsətdir. Yüklərin belə çox gəlməsi gözlənilmirdi. Hazırda Qazaxıstan və Özbəkistan yükləri Orta Dəhlizlə daşınır və gələcəkdə də daşına bilər. Karqo daşımalarının müvəqqəti olmaması üçün Orfta Dəhlizə əlavə pul qoyulmalıdır", - deyə S.Uzan əlavə edib.
Daha çox xəbər:

Ukrayna, Gürcüstan və Moldova “Şərq tərəfdaşlığı”nı yeniləməyə çağırıb

Qonşu ölkədə hava limanları koronavirusla əlaqədar sertifikatlaşdırılacaq

Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə Biznes Forumu keçirilir

Rusiya taxıl ixracını dayandırdı: Bakı üçün təhlükə varmı?

Qlobal bazarda şəkər tozunun qiyməti kəskin artdı - ARAŞDIRMA Son bir ildə qlobal bazarda şəkər