Gündəm / Cəmiyyət / Sosial
Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anılır
Biləsuvar rayonunda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günü qeyd edilir.
" Globalpress.az ın məlumatına görə, tədbir qəhrəmanın ata yurdu olan Əliabad kəndində keçirilir. Qəhrəmanının ev-muzeyi ziyarət edilir.
Anım tədbirində rayon rəsmiləri, sakinləri və digər şəxslər iştirak edir.
Qeyd edək ki, o, 2010-cu ilin iyunun 18-dən 19-na keçən gecə xidmət etdiyi cəbhənin Tərtər istiqamətində düşmənin işğalı altında olan Çaylı kəndindəki erməni qərargahına girərək, 5 saat təkbaşına döyüşüb. Ermənilər Azərbaycan hərbçisinin göstərdiyi bu igidlik qarşısında ağır itkilər verib. Bir neçə saat davam edən döyüşə düşmən əlavə qüvvə cəlb edib. Düşmən hərbi birləşməsi ilə təkbaşına döyüşən Mübariz İbrahimov qəhrəmancasına şəhid olub.
Daha çox xəbər:

Mübariz İbrahimovun adı Türkiyədə əbədiləşdirildi - FOTO

Biləsuvarda Vətən müharibəsi şəhidinin doğum günü qeyd edilib - FOTO

Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun anım mərasimi keçirilib

“28 ildir ki, fevralın 25-dən 26-na keçən gecə yuxum ərşə çəkilir” - Mübariz Mənsimov

Ön cəbhədə döyüşən əsgərimizin üçəmləri dünyaya gəlib - VİDEO