Gündəm / Cəmiyyət / Dünya
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ: Baş nazir qərarlar imzaladı
Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı" çərçivəsində xaricdə təhsil alacaq gənclərin seçilməsi meyarları və prosedurları üzrə Qayda təsdiq edilib.
Globalpress.az xəbər verir ki i, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərar Prezidentin sərəncamı ilə təsdiq olunmuş "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planına əsasən qəbul edilib.
Qərar ilə təsdiq edilmiş Qaydada Dövlət Proqramı çərçivəsində xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil alacaq gənclərin seçilməsi meyarları və prosedurları müəyyən edilib.
Həmçinin Nazirlər Kabinetinin digər qərarı ilə "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı" çərçivəsində xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsi Qaydası təsdiq edilib.
Daha çox xəbər:

Bu şəxslərin təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək

Fevralın 25-də və 26-da təhsil müəssisələrində Xocalı soyqırımına həsr edilən xüsusi dərslər keçiriləcək.

Məktəbdənkənar təhsil müəssisələrində dezinfeksiya işləri aparılır - FOTO

Bakıdakı məktəblərin hamısı dezinfeksiya olunub

Bu gün Azərbaycanda Bilik Günüdür