Gündəm / Siyasət / Cəmiyyət
22:08, 25 May 2022
0

Lavrov: Qərb təkqütblü modeli təbliğ etməkdən çəkinmir

Lavrov: Qərb təkqütblü modeli təbliğ etməkdən çəkinmir


Qərb dövlətləri heç bir tərəddüd etmədən dünya düzəninin birqütblü modelini təbliğ etməyə çalışırlar".
Globalpress.az xəbər verir ki, bu fikiri çərşənbə günü Rusiyanın xarici işlər naziri Sergey Lavrov Afrika dövlətlərinin Rusiyada akkreditə olunmuş diplomatik nümayəndəliklərinin rəhbərləri üçün "Afrika Günü" münasibətilə keçirilən qəbulda deyib.

Lavrovun sözlərinə görə, ABŞ-ın rəhbərlik etdiyi dar qrup Qərb dövlətləri beynəlxalq ictimaiyyətə “qaydalara əsaslanan dünya nizamı” konsepsiyasını sırımaq cəhdlərini dayanmadan davam etdirir: “Bu şüar altında, açığı, heç bir tərəddüd etmədən dünya düzəninin bir qütblü modeli təbliğ olunur. Aparılan təbliğat onu göstərir ki, bu bir qutb kimi təqdim edilən formasiyada əslində, müstəsna hüquqlara sahib olan dövlətlərin formalaşması nəzərdə tutur ki, qalanları onların elit klubunun tələblərinə tabe olmağa borclu olacağı vəziyyətində olaclar”, -deyə Xarici işlər naziri qeyd edib.

“Bu neokolonial kursun üzvi hissəsi hazırda Rusiyanın “Afrikadakı düşmənçilik fəaliyyətinə” qarşı qanun layihəsi hazırlayan ABŞ konqresmenlərinin işinə çevrilib. Nazir qeyd edib ki, Birləşmiş Ştatlar həmçinin onun müttəfiqləri Afrika və Çin arasında əməkdaşlığın inkişafı ilə bağlı oxşar xətt izləyirlər. Tarixi tərsinə çevirmək və qitə xalqlarını növbəti dəfə ram etmək cəhdləri region dövlətlərinin suverenliyini, müstəqilliyini kobud surətdə pozur. Bununla da BMT Nizamnaməsinə, ilk növbədə, dövlətə hörmət prinsipinə əsaslanan bütün beynəlxalq münasibətlər sistemini, dövlətlərin suveren bərabərliyi təhlükə altına alır”, - deyə Xarici işlər naziri qeyd edib.
Digər xəbərlər: